“AXCP və “Milli Şura”nın xalq arasında sosial dayağı yoxdur” RƏY-ÖZƏL

“AXCP və “Milli Şura”nın xalq arasında sosial dayağı yoxdur” RƏY-ÖZƏL

"Nə AXCP-nin, nə də “Milli Şura”nın hansısa seçkilərdə iştirak edib qalib gəlmək şansı yoxdur". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, çünki, seçkinin taleyini seçici həll edir və seçkidə iştirak seçici arasında hörmət istəyir: "AXCP və “Milli Şura”nın isə xalq arasında sosial dayağı yoxdur. Bunu isbat etmək çətin deyil: bir siyasi qüvvə 26 il müddətində fasiləsiz olaraq bütün seçkiləri uduzursa və müxalifətdə qalırsa, deməli sosial bazası və seçicinin ona inamı yoxdur. Belə durumda hər iki siyasi qurumun “boykot” yolu seçməkdən başqa çarəsi qalmır. Fikrimcə, bu siyasi qurumların son illərdə keçirilən bütün seçkilərdə “boykot” yolu tutmalarının səbəbi budur. Məsələ ondadır ki, xalq, seçicilər onların “boykot” qərarını da ciddiyə almır. Bu ilki bələdiyyə seçkiləri öz aktivliyi ilə yadda qaldı. Hətta bizim bir neçə jurnalist həmkarlarımız da seçkilərə qatılaraq qalıb oldular. Prezident İlham Əliyevin başlatdığı islahat dalğası, şəffaflaşdırma prosesi insanlarda inamı daha da gücləndirib. Xalq dövlətə, dövlət başçısına və seçkilərə inanır, onu dəstəkləyir. Dəstək verməyin ən normal yolu isə seçkidən keçir. Xalq seçkiyə gəldi, yetərsay oldu, seçkilər uğurla başa çatdı. Bundan kənarda nə baş verirsə, əhəmiyyəti yoxdur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə