"2019-cu ilin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm nazirlər, həm də dövlət başçıları səviyyədə görüşüb olub və hümanitar rabitələrin yaradılması ilə bağlı qərarlar qəbul edilib". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
"Bu qərarı ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəstəkləyib və bu istiqamətdə konkret addımların atılması ilə bağlı ilkin razılaşma əldə olunub. Xüsusilə də Azərbaycan tərəfi bu il ərzində ümidlər bəsləyirdi ki, bizim girovların problemi öz həllini tapacaq. Amma çox təəssüflər olsun ki, Ermənistan tərəfi il ərzində yalnız jurnalistlərin səfərləri ilə bağlı razılıq verdi və ilin yekununda həmin bu səfər baş tutdu. Lakin girovlarla bağlı məsələ hələ də açıq olaraq qalır. Təəssüflər olsun ki, danışıqlar prosesindəki irəliləyişlə bağlı heç bir şey əldə olunmayıb. Təbii ki, buna səbəb yenə də Ermənistanın destruktiv mövqeyi olub. Düşünürəm ki, bu tendensiya əgər bu cür davam etsə, Ermənistan tərəfi əsas məsələlərdən boyun qaçırsa cəbhədə vəziyyətin gərginləşməsi qaçılmazdır"-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB