İran Suriyaya bu məsələdə də kömək etməyə hazırdır

İran Suriyaya bu məsələdə də kömək etməyə hazırdır

İran, Suriya hakimiyyətinin tələbi ilə Amerika qanunsuz qüvvələrinin ölkədən çıxarılmasında Suriyaya kömək etməyə hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ali rəhbərinin müşaviri Əli Əkbər Vəlayəti məlumat verib.

O bildirib ki, ABŞ Suriyanın neftini ələ keçirir və Donald Tramp da bunu dəstəkləyir: “Ümid edirik ki, yaxın gələcəkdə Amerikanın Suriyanın bir sıra bölgələri üzərində qanunsuz nəzarəti dayandırılacaq və suriyalılar buna cavab verəcək”.

"Suriya hakimiyyətinin istəyinə cavab olaraq Amerika qoşunlarının Suriyadan çıxarılması üçün kömək etməyə, əlimizdən gələni etməyimiz üçün hazırıq”,- deyə Velayati qeyd edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyanın şimal-şərqində Türkiyənin hərbi əməliyyatı zamanı qoşunların çoxunu bu bölgədən çıxardıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə