Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi: “İlin əvvəlindən 30 şəxs barəsində 16 cinayət işi tamalanıb, məhkəmələrə verilib”

Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi: “İlin əvvəlindən 30 şəxs barəsində 16 cinayət işi tamalanıb, məhkəmələrə verilib”

Azərbaycan Respublikası Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən yarandığı 2005-ci ildən indiyə qədər 385 cinayət işi üzrə ibtidai istintaq aparılıb və 698 şəxs barəsində cinayət işləri tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. SİA-nın xəbərinə görə, bu barədə idarənin rəisi Kamran Əliyev bu gün Milli Məclisdəki çıxışında bildirib.

O, qeyd edib ki, ildən-ilə idarə tərəfindən istintaqı aparılan cinayət işlərinin sayı artıb. "Hazırda idarənin icraatında 70 cinayət işi üzrə istintaq aparılır və ilin əvvəlindən bu günə 30 şəxs barəsində 16 cinayət işi tamamlanıb, məhkəmələrə verilib. 3 mart 2011-ci ildə idarədə yaradılan "Qaynar xətt" fəaliyyət göstərir və bu müddət ərzində 747 məlumat vətəndaşlar tərəfindən daxil olunub. Bir neçə məlumatlar üzrə artıq cinayət işləri başlanıb, istintaq aparılır, digər məlumatlar üzrə araşdırmalar davam etdirilir. Bu yaxınlarda "Qaynar xətt"in fəaliyyəti barədə açıqlama veriləcək", -deyə K.Əliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə