Azərbaycan XİN-i ölkə vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırır

Azərbaycan XİN-i ölkə vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırır

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yaponiyada yaranmış mürəkkəb vəziyyət barədə xəbərdarlıq edib və onları bu ölkəyə səfərlərdən imtina etməyə çağırıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat Azərbaycan XİN-nin rəsmi saytında yerləşdirilib: "Martın 11-də Yaponiyada dağıdıcı zəlzələ və onun ardınca baş vermiş sunamidən sonra ölkədə fövqəladə vəziyyət və radiasiya təhlükəsi yaranıb. Bununla əlaqədar Azərbaycan XİN vətəndaşlardan bu ölkəyə səfərlərdən çəkinməyi xahiş edir. Yaponiyada problemlərlə üzləşən Azərbaycan vətəndaşlarına kömək üçün Azərbaycanın Tokiodakı səfirliyinə müraciət etmək tövsiyə olunur".

 

Qeyd edək ki, Yaponiyada dağıdıcı zəlzələ və onun ardından baş vermiş sunami nəticəsində həlak olanların sayı, son məlumatlara görə, 6539 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə