Fransa bir neçə saatdan sonra Liviyaya hücum edəcəyinə söz verdi - SON XƏBƏR
Fransa hökuməti bir neçə saatdan sonra Liviyaya qarşı hərbi əməliyyatların başlanacağını bildirib. SİA-nın France-Presse Agentliyinə istinadən verdiyi məlumata görə, məlum açıqlama ilə hökumətin sözçüsü Франсуа Баруэна (Francois Baroin) çıxış edib. Braunun sözlərinə görə, əməliyyatın keçirilməsində məqsəd Liviya xalqının təhlükəsizliyini təmin etmək və xalqın azadlıq istəklərinə Qəddafinin mane olmasını əngəlləməkdir. Hökumət sözçüsü əməliyyatın təfsilatı barədə fikir bildirməkdən imtina edib. Amma xəbər agentlikləri Fransa hərbi hava qüvvələrinin vətəndaş müharibəsinin daha da şiddətləndiyi Şimali Afrika ölkəsinə hava zərbələri endirəcəyi xəbərini veriblər.
Bu arada Liviya lideri Müəmmər Qəddafinin üsyançıların son qalası Benqaziyə hücumun bu gün reallaşacağını bildirib və təslim olanların, hücuma qədər şəhəri tərk edənlərin əfv eduləcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB