Braziliya prezidenti Jair Bolsonaro'nun, prezident iqamətgahında yıxıldığı və xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirildiyi bildirilib. SİA-nın xaricimətbuta istinadan verdiyi məlumata görə, Prezidentin mətbuat xidməti tərəfindən verilən açıqlamada, Bolsonaro'nun paytaxt Brasiliyadakı hərbi xəstəxanaya aparılıb və başının tomoqrafiyası çəkilib.
Verilən açıqlamada heç bir problem olmadığı, Prezidentin 6-12 saat arası müşahidə altında qalacağı bildirilib.
Açıqlamada hadisənin detalları haqqında məlumat paylaşılmadığı üçün mediada Bolsonaro'nun hamamda sürüşərək başından zərbə aldığı iddia edilib.
Ayın əvvəlində Bolsonaro, məsləhətçilərinə özünü çox yorğun hiss etdiyini və görüşləri ilin sonuna qədər azaldılacağını söylədiyi Braziliya mediasında yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB