Ermənistan hakimiyyəti xalqın bədənini yaralayan güllədir

Ermənistan hakimiyyəti xalqın bədənini yaralayan güllədir

Son bir ildə Ermənistanın siyasi gündəliyini əsasən parlamentdənkənar qüvvələr formalaşdırıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bu gün Voskanapat analitik mərkəzində müzakirə zamanı bildirib.

“Bütün siyasi müzakirələrdə uduzdular və hətta bizimlə əsaslı müzakirələrə girməkdən də qorxurlar. Bu hakimiyyət dəyər sisteminin matrisini məhv edir, əxlaq və əxlaqsızlıq anlayışları haqda yeni bir səhv, yanlış alqoritm təqdim edir", deyə partiya sədrinin müavini vurğulayıb.

Armen Aşotyanın sözlərinə görə, 2020-ci ildə ölkədə nələrin baş verəcəyini başa düşmək üçün öncəgörücü bir Vanqa olmaq lazımdır.

“Gün ərzində belə nə olacağını da bilmirik. Bilmirik ki, kim tutulacaq, baş nazirin ağzından gələn növbəti hansı qastronomik müqayisələr çıxacaq və hansı yeni qalmaqal alovlanacaq”, deyə o istehza ilə söyləyib.

2020-ci ili proqnozlaşdırmaq çətindir, çünki bu hakimiyyət yerdəyişən ağırlıq mərkəzi olan bir güllə misalındadır. Bunlar bədən üçün ən təhlükəli güllələrdir, çünki bədənə daxil olduqda onu məhv edirlər və gözlənilməz bir şəkildə parçalayırlar. Bu hakimiyyət elə bir güllədir”, deyə Armen Aşotyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə