Ötən ilin əvvəlində xarici agentlər barədə Paşinyanın İranda dediklərinin şahidi olduq və bir il keçdisə də o, heç bir xarici agentin adı çəkilmədi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov dekabrın 24-də jurnalistlərlə görüşündə bildirib.
“Bundan əlavə, təhlükəsizlik orqanları bir xarici agent tapmayıb və ya zərərsizləşdirməyib. Bu sadəcə ayıbdır. Dövlət başçısı xarici agent olan siyasətçilərin olduğunu söyləyir, lakin eyni zamanda onlardan ən az birinin kimliyi müəyyənləşdirilməyib. Bu, ya ölkə başçısının söylədiklərinin yalan olduğundan, ya da dövlət sisteminin çürüklüyündən xəbər verir", deyə Şarmazanov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB