Elektroenergetika, qaz, su təchizatı və tullantı suları haqqında qanunlara əlavələr və dəyişikliklər edilib
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub. SİA-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi barədə məlumat verən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, vitse-spiker Valeh Ələsgərov bildirib ki, hər üç qanuna istehlakçının bu şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi barədə müddəaların əlavə olunması təklif edilir.
Bundan başqa, "Su təchizatı və tullantı suları haqqında" qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur.
Çıxış edən komitə üzvləri təklif olunan əlavələrin və dəyişikliklərin əhalinin bu sahədəki problemlərinin həllinə xidmət etdiyini diqqətə çatdırıb. Səsverməyə çıxarılan əlavə və dəyişikliklər təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB