“Prezident İlham Əliyevin bizim üçün açdığı yolla irəliləyirik” RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin bizim üçün açdığı yolla irəliləyirik” RƏY-ÖZƏL

"Bu gün bütün dünyada möhtəşəm bir abidə ucalır. Bu abidənin adı Azərbaycandır". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, böyüyən, inkişaf edən, gündən günə dəyişən, kosmik sürətlə irəliliyə doğru addımlayan böyük, nəhəng Azərbaycan və bu Azərbaycanın qurucusu, ilhamvericisi və hər bir vətəndaşının Prezidenti olmağı bacaran şəxs əlbəttə ki, Prezident İlham Əliyevdir: "Özünün 16 il bundan əvvəl prezident seçkilərinə qatılarkən dediyi kimi “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” ifadəsinə, kəlməsinə, adına çox qısa müddətdə sadiqliyini nümayiş etdirdi. Ötən 16 il ərzində öz əməlləri ilə, quruculuğu, təəssübkeşliyi və səyləri ilə həqiqətən də hər bir azərbaycanlının yanında olmağı bacardı. Prezident İlham Əliyev doğulub böyüdüyü evə, ailəyə, damarında daşıdığı qana layiqliyini sübut etdi. Ulu Öndər Heydər Əliyevin həm siyasi, həm fiziki, həm mənəvi davamçısı olduğunu bütün dünyaya göstərdi. Bu gün biz fəxr edirik ki, bir zamanlar Ulu Öndərin bizə yadigar qoyub getdiyi qızıl kimi qiymətli kəlmələrdən biri olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsinin işığına qızındığımız kimi, biz bu gün həm də fəxr edirik ki, biz ölkə Prezident İlham Əliyevin bizim üçün açdığı bir yolla irəliləyirik. Bəli biz fəxr edirik ki, biz azərbaycanlıyıq, ölkəmizin cənab İlham Əliyev kimi bir Prezidenti var. Bizi bölgədə, dünyada birincilər sırasına çıxartmağı bacaran bir insanla birlikdə biz gələcəyə doğru irəliləyirik. Biz əlbəttə onunla fəxr edirik ki, cənab Prezident İlham Əliyev bu yolu təkbaşına getmir, Cənab Prezidentin ən böyük arxası, dayağı olan xalqı ilə birlikdə, eyni zamanda Onun ömür gün yoldaşı, ölkəmizin Birinci xanımı, ölkənin I Vitse-prezidenti Mehriban xanım Əliyevadır. Heç təsadüfü deyil ki, atalar sözündə deyirlər ki, hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır. Biz bunu Onların İkisinin timsalında görürük, uğur və ağıl, mərhəmət və xeyirxahlıq bu iki insanı bir yerdə birləşdirir. Mən Cənab Prezident İlham Əliyevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Arzu edirik ki, onların Azərbaycan üçün açdığı bu yol hər bir zaman işıqlı olsun, bizləri bir araya gətirən Cənab Prezident İlham Əliyev bundan sonrada Azərbaycan var olduqca bizim yanımızda olsun və rəhbərimiz olsun".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə