Novruz bayramı ilə əlaqədar paytaxtda tədbirlərin keçirildiyi ərazilərdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Novruz bayramı ilə əlaqədar paytaxtda tədbirlərin keçirildiyi ərazilərdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı münasibətilə sürücülərə müraciət edib. Qurumdan SİA-ya verilən xəbərə görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Novruz bayramı ilə əlaqədar paytaxtda keçiriləcək bayram şənliklərində iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, 19-20 mart günləri tədbirlərin keçirildiyi ərazilərə bütün avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Həmçinin Niyazi, İstiqlaliyyət küçələri, Qoşa-Qala qapısı, Əziz Əliyev küçəsi Dənizkənarı Bulvar boyunca Neftçilər prospekti və Azneft dairəsi və əks istiqamətlə Azadlıq meydanı, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsində avtomobillərin park edilməsinə yol verilməyəcək, bu istiqamətə kəsişən digər küçə və prospektlərdən bütün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

 

Bayram tədbirlərinin keçirildiyi vaxtlar qeyd olunan küçələrdə avtomobillər üçün dayanacaq yerinin təyin edilməsinin mümkünsüzlüyü bir daha nəzərə çatdırılaraq şəxsi avtomobillərlə şənliyə qatılmaq istəyənlərdən bu istiqamətlərdə ictimai nəqliyyat vasitələrdən istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə