“Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir” RƏY-ÖZƏL

“Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir” RƏY-ÖZƏL

“Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirli deyib. Onun sözlərinə görə, asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur: “Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları Xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində Ümummilli Lider Heydər Əliyev yerinə yetirdi. Zəmanəmizin dühası ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır”.

E.Nəsirli onu da bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərfli mərhələsini yaşayır: “Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin 16 il öncə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə