Rezidenturaya qəbulun keçid balı qaldırılacaq

Rezidenturaya qəbulun keçid balı qaldırılacaq

"Rezidenturaya qəbul olmaq üçün 100 baldan hazırda 40 bal toplamaq lazımdır". SİA xəbər verir ki, bunu Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Şöbə müdirinin sözlərinə görə, rezidenturaya qəbul qaydalarında 2020-2021-ci tədris ilində də bu müsabiqə şərti saxlanılacaq.
"Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazım gəlir. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək", deyə Natiq Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə