"İnsanlarda gələcəklə bağlı müsbət fikirlər formalaşıb" YAP-ın Sədr müavini
"Azərbaycanın bugünkü inkşafı, dünyada nüfuzunun artması, əhalinin rifah halının yüksəlməsi, iqtisadi artımı, ordumuzun güclənməsi və sadalamadığım digər naliyyətlər ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürü və real ifadələridir". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın XXI əsrdə sürətli inkişaf əldə etməsi, iqtisadiyyatın inkişafı, sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır.
Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları başa düşürlər ki, nəinki bu günümüz, gələcək inkişafımız da Heydər Əliyev siyasəti və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB