"Prezidentin gördüyü işlər onu bir Lider kimi dünyaya tanıtdı" ÖZƏL-MÜNASİBƏT
"Müasir dövrün yaratdığı qlobal çağırışların əvvəlcədən Azərbaycan Prezidenti tərəfindən görməsi istər beynəlxalq siyasi böhranlarla bağlı, regional problemlərlə bağlı və 2008-ci ildə baş vermiş maliyyə böhranı ilə bağlı, həm dövlətin idarə edilməsində, həm xarici siyasətdə, beynəlxalq siyasi münasibətlərin formalaşdırılması sistemində, eyni zamanda iqtisadi məsələlərin düzgün idarəolunması baxımından ölkə başçısının gördüyü işlər bilavasitə tezisləri tam təsdiq edir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, cənab Prezident Azərbaycan tarixinə qurucu rəhbər kimi daxil oldu: "Ölkə rəhbəri yeni müasir təfəkkürə malik, dünya siyasi sistemini çox gözəl həm nəzəri cəhətdən qavramış, eyni zamanda onu təcrübəyə, praktikaya yönəltmiş bir lider kimi daxil oldu. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti XXI əsrdə müasir Azərbaycan cəmiyyətinin formalaşdırılmasına, modern dövlət formalaşdırılmasına nail oldu. Hərtərəfli inkişaf etmiş beynəxalq təşkilatların verdikləri qiymətlərə, reytinqlərə görə cənab Prezident regional lider, islam ölkələrinin lideri və dünyanın ən nüfuzlu liderlərindən birinə çevrildi. Təbii ki, bunun üçün ölkə başçısının həm böyüdüyü ailə, uşaqlıqdan Ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətin təcrübəsindən gündəlik bəhrələnməsi, daha sonra dünyanın ən nüfuzlu Ali məktəbi olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirməsi və orada elmi iş müdafiə etməsi, pedaqoq kimi fəaliyyətə başlaması, sonralar isə Neft strategiyasının əməli cəhətdən həyata keçirilməsində bilavasitə rolu, daha sonra son 16 ildə Prezident, dövlət rəhbəri kimi gördüyü işlər onu bir yetkin, hərtərəfli inkişaf etmiş bir lider kimi dünyaya tanıtdı. Qısa zamanda xarici siyasətdə Azərbaycan baxmayaraq ki, ərazi baxımdan kiçik, eyni zamanda yeni bir dövlət olmaqla bərabər 2011-ci ildə BMT-nin Baş Assambleyasında dünyanın 155 ölkəsinin dəstəyini qazandı və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2012-2013-cü illərdə bir ay təxminən Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu da çox böyük tarixi bir məqamdır və hər birimiz üçün fəxrolunası hadisədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB