Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr edilib

Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr edilib
Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, rezidenturaya qəbul qaydaları, qəbul proqramları test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub. "Rezidentura" jurnalında "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə tanış olmaq mümkündür.

Bu materiallar TQDK tərəfindən yaradılan Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb. Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə