Gürcüstanda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri Ümummilli Liderin Tbilisinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər

Gürcüstanda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri Ümummilli Liderin Tbilisinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər

Gürcüstanda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 23-də Ümummilli Liderin Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, “SOCAR-Giorcia” şirkətinin direktoru Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə