Azərbaycanda olan türkiyəli hakimlər Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşüblər
Məhkəmə fəaliyyətində korrupsiyaya qarşı effektiv mübarizədə təcrübə mübadiləsi üçün Azərbaycana dəvət edilmiş türkiyəli hakimlər – Engin Durnagöl və Seyfullah Çakmah səfər çərçivəsində Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşüblər. Bu barədə SİA-ya Məhkəmə-Hüquq Şurasının Aparatından bildirilib. Görüşdə Azərbaycanda hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və tədrisinin təşkili barədə məlumat verilib, qardaş Türkiyə ilə hüquqi sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb. Azərbaycana səfərlərindən, o cümlədən hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə üzrə keçirilən təlimlərdə iştirak etmələrindən məmnun olduqlarını bildirən qonaqlar, ölkəmizdə məhkəmə sisteminin davamlı inkişafına nail olunduğunu qeyd edib, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirdə məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların seçimi proseduru və digər məsələlərlə bağlı faydalı təcrübə mübadiləsi aparılmış, konkret əməkdaşlıq tədbirləri barədə razılıq əldə edilib.
Səfər çərçivəsində qonaqlar həmçinin, Ali Məhkəmənin fəaliyyəti ilə tanış olub, məhkəmənin binasının Avropanın ən gözəl məhkəmə binalarından biri olmasını və belə bir ədalət sarayının inşasının ölkəmizdə məhkəmə hakimiyyətinə verilən böyük önəmin təzahürü olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB