Sumqayıt şəhərində bələdiyyə seçkisi yüksək seçici fəallığı ilə davam edir FOTOLAR

Sumqayıt şəhərində bələdiyyə seçkisi yüksək seçici fəallığı ilə davam edir FOTOLAR

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səhər saat 8-dən başlayan seçki axşam saat 19:00-a kimi davam edəcək. SİA-nın verdiyi məlumata görə, Sumqayıt şəhərində seçkilər yüksək fəallıqla davam edir. Məntəqələrində olduğumuz 41, 42, 43 və 44 saylı Seçki Dairələrində bələdiyyə seçkisi yüksək demokratik prinsiplər əsasında keçirilir.

Qeyd edək ki, 41 saylı Sumqayıt birinci Seçki Dairəsinin 33, 42 saylı Sumqayıt ikici Seçki dairəsinin 38, 43 saylı Sumqayıt üçüncü Seçki dairəsinin 34 və 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 43 seçki məntəqəsi var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə