Milli Məclisin deputatları ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Milli Məclisin deputatları Asim Mollazadə, Ceyhun Osmanlı, Rasim Musabəyov ABŞ Konqresində "Dağlıq Qarabağ münaqişəsi" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün martın 23-də Vaşinqtona səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunacaq.
Səfər zamanı millət vəkilləri Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri tədbirlərə də qatılacaqlar. Səfər martın 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB