12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb -İCLAS
Azərbaycanda 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb. SİA-nın xəbərinə görə, saat 12:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 2 saylı Şərur Seçki Dairəsidir. Burada 43 min 142 nəfərdən 11 min 907 nəfəri (27.60 faiz) səs verib.
Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 sayl Mingəçevir Seçki Dairəsidir. Burada 37 min 732 nəfərdən 4 min 908 nəfəri (13.01 faiz) səs verib.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı 18.07 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB