"Bu coğrafiyada sülh, demokratiya və hüquqdan başqa məqsədimiz yoxdur"

"Bu coğrafiyada sülh, demokratiya və hüquqdan başqa məqsədimiz yoxdur"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvadakı görüşlərindən sonra Tatarıstanın paytaxtı Kazana keçib.

SİA-nın xəbərinə görə, Kazan Federal Universitetində tələbələrlə bir araya gələn Ərdoğan Türkiyə-Tatarıstan əlaqələrini dəyərləndirib. Böyük tatar şairi Abdullah Türkayın şerkərini tatarca oxuyan Ərdoğan tələbələrdən böyük alqış alıb. Baş nazir "Türkiyənin mərkəzində yerləşdiyi coğrafiya içərisində sülhdən, demokratiyadan və hüquqdan başqa məqsədi yoxdur. Nüfuz mübarizəsi içərisində deyilik. Müxtəlif niyyətlərimiz, məqsədlərimiz yoxdur" deyib.

Ərdoğan Universitetdə Lenin və Tolstoyun oxuduğu sinifləri də gəzib. Kazanın tarixi məkanlarını da ziyarət edən Ərdoğan Qul Şərif Məscidini və Blaqoveşenski Katerdalını gəzib.

Bütün xəbərlər Facebook səhifəmizdə