Pakistanda 25 "Taliban"çı öldürülüb

Pakistanda 25 "Taliban"çı öldürülüb

Pakistanda ABŞ-a məxsus pilotsuz təyyarələrin hücumunda ən azı 25 militan ölüb.

SİA-nın xəbərinə görə, Pakistan kəşfiyyatının rəsmiləri 36-ya yaxın militanın görüşmək üçün toplandığı ölkənin şimal-qərbindəki bir məkana ABŞ-ın pilotsuz təyyarələrinin dörd raket atdığını bildiriblər.

Pakistan kəşfiyyatı ölü sayının 25 olduğunu açıqlayıblar, başqa mənbələr isə bu rəqəmin 34 olduğunu qeyd ediblər.

Ölənlərin pakistanlı "Taliban" komandanı Hafiz Gül Bahadırın tərəfdarları olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə