İbrahim Tatlısəsin vurulması ilə bağlı 20 nəfər tutulub

İbrahim Tatlısəsin vurulması ilə bağlı 20 nəfər tutulub

Məşhur müğənni İbrahim Tatlısəsə sui-qəsdlə bağlı 26 ayrı ğnvanda əməliyyat keçirilib və 20 nəfər həbs edilib.

SİA-nın xəbərinə görə, həbs edilənlər atasında silahlı cinayətkar qruplaşmanın rəhbəri olan Abdullah Uşmak da var. Hücumda istifadə edilən silah Uçmağın qardaşının evində, kirayə götürülən avtomobil isə Pendikdə tapılıb.

Qeyd edək ki, PKK-nin alt qollarından biri olan TAK Tatlısəsin vurulmasının məsulyyətini öz üzərinə götürmüşdü. Ancaq İstanbul polisi bununla kifayətlənməyib və əməliyyatları davam etdirib.

Polis öncə şübhəli saydığı 25 nəfəri izləməyə başlayıb. Şübhəlilərdən ikisinin hadisədən bir həftə öncə hücumun həyata keçirildiyi binanın ətrafında kəşfiyyat apardığı müəyyənləşib.

Polis hadisə yerinin yaxınlığındakı baza stansiyalarının qeydlərini araşdırıb, iki şübhəlinin telefonlarının bir həftə əvvəl bölgədə siqnal verdiyini və şübhəlilərin Abdullah Uşmakla telefonla danışdığını müəyyənləşdirib. İstanbul valisi Hüseyn Avni Mutlu cinayəti Abdullah Uçmağın planlaşdırdığına dair kifayət qədər dəlil olduğunu bildirib.

Abdullah Uçmakla İbrahim Tatlısəs arasındakı ziddiyyətlərin isə illər öncə başladığı bildirilir. 1998-ci ildə Tatlısəsin avtomobilinə tüfənglə hücum etməkdə ittiham olunan Uçmak və iki adamını o dönəmdə müğənni əfv edib. Uçmak 2002-ci ildə yenə Kalaşnikovla yaxalanaraq Tatlısəsə silahlı hücum edəcəyi iddiası ilə həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə