29 saylı Nəsimi Səbail seçki dairəsin 20 saylı seçki məntəqəsində seçici fəallığı davam edir. SİA-nın xəbərinə görə, məntəqə sədri Faina Ələkbərova indiyədək 140 nəfərin səsvermədə iştirak etdiyini bildirib. Məntəqə üzrə seçicilərin sayınının 1276 olduğunu deyən məntəqə sədri ümumilikdə səsvermənin qanuna uyğun, yüksək səviyyədə keçirildiyini deyib.
Onun sözlərinə görə məntəqədə 20-dən çox yerli müşahidəçi səsvermə prosesini izləyir: "Saat 11-ə kimi məntəqəyə Qazaxıstan, Qırğızıstan, Bolqarıstandan ümumilikdə 6 xarici müşahidəçi gələrək səsvermə prosesini izləyib. Xarici müşahidəçilər seçki prosesinin detalları ilə maraqlanır, ümumilikdə seçki prosesinin uğurla getdiyini vurğulayırlar".
F.Ələkbərova qeyd edib ki, digər seçki proseslərində olduğu kimi bələdiyyə seçkilərinə də insanların marağı yüksəkdir: "Bu saata qədər heç bir neqativ hal aşkar edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB