Dekabrın 21-də İrəvanın Zvartnots beynəlxalq hava limanında fövqəladə hadisə baş verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İrəvan-Moskva reysi ilə uçan sərnişinlərdən birinin baqajında şübhəli əşyalar aşkar edilib. Aşkar edilib ki, şübhəli əşyalar "27 oktyabr" cinayət işini araşdırılması hakim təyin edilmiş 65 yaşlı İrəvan sakini Samvel Uzunyana məxsus olub.
"27 oktyabr" cinayət işini araşdıran hakim Samvel Uzunyanın baqajından silah-sursat tapılıb. Tapılanlar ekspertizaya göndərilib, hadisənin təfərrüatları araşdırılır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB