Əli Həsənov: "Ermənilər çirkin əməllərini gizlətmək üçün ortaya atdığı yalanlara ancaq özləri inana bilər”

Əli Həsənov: "Ermənilər çirkin əməllərini gizlətmək üçün ortaya atdığı yalanlara ancaq özləri inana bilər”

"Ermənistanın sərgilədiyi mənəviyyatsızlığın cavabını vermək olduqca çətindir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistan hər zaman olduğu kimi yenə biabırçı bir bəyanatla çıxış edib.

Ermənistan prezidentinin "erməni ordusu uşağa əl qaldırmaz" bəyanatı gülünc olduğundan buna cavab verməkdə çətinlik çəkdiyini deyən Ə.Həsənov Xocalı faciəsi zamanı yaşananları yada salıb: "Belə bir bəyanatla çıxış etmək o qədər gülüncdür ki, bunu izah və ifadə etmək qeyri-mümkündür. Hamının gözləri önündə 9 yaşlı uşağın sərhəd bölgəsində erməni snayperi tərəfindn öldürülməsindən sonra buna etiraz edən Ermənistan prezidentinə deyiləsi söz yoxdur. Ən azından Xocalı faciəsi zamanı nəinki üşaqların, hətta yeriməyə çətinlik çəkən qocaların belə vəhşicəsinə qətlə yetirildiyi bütün dünyaya məlumdur. Ona görə də ermənilər çirkin əməllərini gizlətmək üçün ortaya atdığı yalanlara ancaq özləri inana bilər".

Ə.Həsənov bildirib ki, beynəlxallq təşkilatlar prinsipcə bu hadisəyə susmadılar: "Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri buna münasibət bildirdilər və bununla bağlı xüsusi araşdırıcı fəaliyyətin başlamasını da öz işçilərinə həvalə etdilər. Düşünürük ki, istər-istəməz bu faktın özünün beynəlxalq təşkilatlara çatdırılması və onların bu faktdan hali olmasının özü artıq erməni ordusuna müəyyən qiymətin verilməsi deməkdir. Əlbəttə, faktaraşdırıcı missiya, ATƏT-in həmsədrlər institutu və digər beynəlxalq təşkilatlar erməni ordusunun hansısa zabitini bu fəaliyyətinə görə dərhal cəzalandıra bilməz, amma istər-istəməz bu, erməni ordusunun, işğalçı ordunun əsgərinin nə qədər qeyri-insani bir simaya malik olduğunun göstəricisidir. Bunu da biz beynəlxalq təşkilatlara çatdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə