Əli Həsənov: "Dövlət başçısının jurnalistlərə verdiyi hərtərəfli dəstək bu istiqamətdə verilən bütün sərəncamlarda özünü aydın göstərir" - MÜNASİBƏT

Əli Həsənov: "Dövlət başçısının jurnalistlərə verdiyi hərtərəfli dəstək bu istiqamətdə verilən bütün sərəncamlarda özünü aydın göstərir" - MÜNASİBƏT

"Son 3 ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Medianın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası və bu konsepsiyanın inkişafı məqsədilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinə dövlət Dstəyi Fondu jurnalistikanın və Azərbaycanın mediyasının inkişafı istiqamətində bir sıra ciddi addımlar atıb". SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlaması zamanı Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, dövlət başçısının jurnalistlərə verdiyi hərtərəfli dəstək bu istiqamətdə verilən bütün sərəncamlarda özünü aydın göstərir: "Keçən il eyni zamanda mətbuatın 135 illiyi zamanı Prezidentimiz xüsusi sərancamı ilə ev tikintisi ənanəsinin əsasını qoydu. Iki il müddətində müxtəlif sahələrdə keçirilən müsabiqələr, o cümlədən mətbuat orqanlarına verilmiş birbaşa dəstək nəticəsində Azərbaycan mediyasının maddi-texniki bazasının yaxşılaşdıılmasında xüsusi irəliləyişlərə nail olunub. Bu sahədə bir sıra tədbirlər keçirilir, bunlardan biri də məhz bu gün iştirak etdityimiz yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimidir. Müsabiqəyə təqdim olunan yazılar arasında ən layiqlilərinin seçilməsi və onların mükafatlandırılması gələcək fəaliyyətlərinin yaxşılaşmasında həvəsləndirici stimuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə