Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında görüş keçiriləcək
Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı imzalanacaq.
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlərinin səfəri çərçivəsində Gürcüstanın icra və qanunverici orqanlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB