Bu gün Novruz Bayramı ilə əlaqədar KİVDF-nin keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - TƏDBİR

Bu gün Novruz Bayramı ilə əlaqədar KİVDF-nin keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - TƏDBİR

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun elan etdiyi Novruz bayramı ilə əlaqədar yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına göə, mərasimdə fondun rəhbəri Vüqar Səfərli, Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və bir sıra media qurumlarının rəhbərləri iştirak ediblər.

Mərasimi giriş sözləri ilə açan Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, son günlərdə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir: "Jurnalistlərin son illərdə göstərdiyi fəaliyyət göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biri də bu il keçirdiyimiz Novruz Bayramı ilə bağlı yazı müsabiqəsidir. Bu ilki müsabiqəyə 71 yazı təqdim edilib, bunlardamn 21-i qalib olub".

Tədbirin davamında qaliblər Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmilərin təqdimatında mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblərə pul mükafatı və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə