İrəvan meri Ayk Marutyanın ətrafınfa yeni qalmaqal

İrəvan meri Ayk Marutyanın ətrafınfa yeni qalmaqal

İrəvan meri Ayk Marutyanın ətrafında yeni bir qalmaqal yarana bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparpak" qəzeti yazır.

Qəzet yazır ki, ağsaqqallar Şurasının müxalif üzvləri uzun müddətdir Ayk Marutyanın seçildiyi zaman ikili vətəndaşlığının olub-olmadığını və ya Çexiya vətəndaşlığından imtina etməyə necə imkan tapdığını anlamağa çalışır. Fakt budur ki, Çexiya qanununa görə, 2011-ci ilə qədər ölkədə yalnız Çexiya vətəndaşlığı olan şəxslər daşınmaz əmlak əldə edə bilərdilər.
Ağsaqqallar Şurasının müxalif üzvü, indi Çex Respublikasında Aykın adına çox sayda əmlakın, yəni onun Çex Respublikasının vətəndaşı olduğunu deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə