Paşinyanın israfçılığı ictimai müzakirələrə və qınağa səbəb olub
Bir vaxtlar dövlət vəsaitlərini israf etməyə qarşı mübarizə apardığını iddia edən Nikol Paşinyan özü bu vəsaitləri israf edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzetin yazdığına görə, bir neçə gündür ki, bir vaxtlar dövlət əmlakının israf edilməməsi iddiası ilə ortaya atılan Nikol Paşinyanın öz ailəsinin komfortu naminə israfçılıq etdiyi, öz qızının avtomobili üçün dövlət vəsaitindən 30 min dollar israf etdiyi Ermənstan ictimaiyyətində müzakirələrə səbəb olub.
İctimaiyyət inqilab fəlsəfəsinin bu qədər israfçılığa yol vermədiyi qənaətindədir. İnsanlar hesab edirlər ki, bu pulla prioritet problemləri həll etmək mümkün olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB