Soyğunçu vətəndaş Ermənistanda ölüm həddinə çatdırılıb

Soyğunçu vətəndaş Ermənistanda ölüm həddinə çatdırılıb

Ermənistandakı paytaxt supermarketlərindən birində bir vətəndaşın törətdiyi oğurluq faciəli ilə nəticələnib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, təcili yardım xidməti polisə zəng edərək, İrəvanın Maştos küçəsindəki supermarketdə bir insanın cəsədinin tapıldığını bildirib.

Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları ölən 58 yaşlı Levon adlı vətəndaşın İrəvan City supermarketində 26 yaşlı İrəvan sakininın çantasını səbətdən oğurladığını müəyyən ediblər. Bəlli olub ki, oğru təhlükəsizlik işçiləri tərəfindən yaxalanıb.
Oğurluqda şübhəli bilinən şəxs menecer otağına aparılıb və orada ölüb. Ərazidə məhkəmə-tibbi müayinə aparılıb. Soyğunçunun bədənində zorakılıq izləri tapılmasa da onun menecer otağında öldüyü faktı ortadadır.
Görünür, ona zorakılıq tətbiq edilməsə də soyğunçu vətəndaş ölüm həddinə çatdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə