Sarkisyanın ekstradisiya olunan qardaşı oğlu Ermənistana çatdırılıb
Serj Sarkisyanın qardaşı oğlu "Qonsalez" Ermənistana çatdırılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan polisi bu xəbəri təsdiqləyən video yayımlayıb.
Videoda nazirlik əməkdaşlarının Zvartnots hava limanında Serj Sarkisyanın Çex Respublikasından ekstradisiya olunan qardaşı oğlu Narek Sarkisyanı necə aparıldığı öz əksini tapır.
Qeyd edək ki, Ermənistanın sabiq prezidentinin qardaşı Aleksandr Sarkisyanın oğlunun Çexiya hüquq-mühafizə orqanları tərəfindən ekstradisiyası qərarı barədə xəbər dekabrın 10-da yayılmışdı.
Xatırladaq ki, 2018-ci ilin dekabrında Narek Sarkisyan İnterpol əməkdaşları və Çexiya polisi tərəfindən Franklin Qonsalez kimi qeyd olunan saxta Qvatemala pasportu ilə tutulub və 2019-cu ilin iyun ayının əvvəlində məlum olub ki, Praqa Şəhər Məhkəməsi onun Ermənistana ekstradisiyasına icazə verib.
Onu da diqqətə çatdıraq ki, Narek Sarkisyan qanunsuz olaraq silah və sursat əldə etmə, satma, saxlama, daşıma, habelə qadağan olunmuş narkotik maddələrin qanunsuz satışı, istehsalı və ya satılması ittihamları ilə təqsirləndirilən şəxsdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB