Parlament seçkilərinə namizədliyini verənlərin sayı 901-ə çatıb -İCLAS
Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb. Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.
MSK sədri bildirib ki, həmin müraciət edən şəxslərinin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrin artıq götürüb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB