Qənirə Paşayeva əsgərlərlə görüşüb

Qənirə Paşayeva əsgərlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva cəbhə bölgəsindəki əsgərlərlə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, millət vəkili hərbçilər qarşısında çıxış edərək bayram münasibətilə onları təbrik edib.

Qənirə Paşayeva xidmətində fərqlənən əsgər, çavuş, gizir və zabit heyətinə müxtəlif hədiyyələr təqdim edib. Millət vəkili həmçinin, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi kitabı da təqdim edib.

Xüsusilə qeyd edib ki, ön cəbhədə xidmət aparan əsgərlərimizin üzərinə böyük məsuliyyət düşür. Hər bir Azərbaycan vətəndaşı daima bu oğulların yanında olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə