Seçkilərdə iştirak etmək istəyən partiyaların sayı 15-ə çatdı - İCLAS

Seçkilərdə iştirak etmək istəyən partiyaların sayı 15-ə çatdı - İCLAS

Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb. SİA-nın verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın – Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə