Ermənistan həbsxanalarında da intiharlar artıb

Ermənistan həbsxanalarında da intiharlar artıb

2019-cu il ərzində beş nəfər məhkum həbsxanalarda intihar etməklə öz həyatına son qoyub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin penitensiar xidmətinin rəhbəri, general-mayor Artur Qunyan Ədliyyə Nazirliyinin penitensiar xidmətinin mərkəzi qurumunda keçirdiyi mətbuat konfransında deyib.

“5 fakt üzrə cinayət işi başlanıb, tərkibi olmaması səbəbindən iki faktla əlaqəli cinayət işinə xitam verilib. Bir halda isə bir şəxs, daha dəqiq desək, narkotik ticarəti etməkdə günahlandırılan bir erməni əsilli fars onun intiharı ilə əlaqədar heç kimin məsuliyyətə cəlb edilməməsini xahiş edən məktubu olduğu üçün xitam verilib", deyə penitensiar xidmətinin rəhbəri məlumatlandırıb.

Penitensiar müəssisə rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində aydın olub ki, cari ildə həbsxanalarda intiharların sayı ötən illə müqaisədə artıb və işin olmaması intihar üçün müəyyən şərtlər yaradıb. O, həmçinin məhkumların ən qısa müddətdə işlə təmin olunmasına kömək edəcəyini qarşısına məqsəd qoyduğunu da deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə