Mart ayının 27-də Azərbaycanda yay vaxtına keçiləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Komitə bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 mart 2011-ci il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB