Fövqəladə Hallar Nazirliynin (FHN) Gəncə Regional Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti növbəti təlimlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, əməliyyatdan öncə komandanlıq tərəfindən şəxsi heyətə ticarət mərkəzinin xəritəsi, giriş-çıxış hissələri, yana biləcək yüngül kantsruksiyaları, əlavə su mənbələri haqqında təlimatlar verilib.
Təlimatlarda şəxsi heyətə yanğının söndürülmə dəqiqliyi, vaxtında hadisənin qarşısının alınması ilə bağlı lazım olan tədbirlərin tez bir zamanda həyata keçirilməsi tapşırılıb.
Təlimatlardan sonra əməliyyat başlayıb. Şəxsi heyət təxminən 30 dəqiqə ərzində şərti yanan ərazini sönüdürməyə müvəffəq olub. Əraziyə Nizami və Kəpəz rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Gəncə Regional Yanğından Mühafizə İdarəsinin şöbə rəisi Mehman Hacıyevin SİA-ya bildirdiyinə görə, təlimlər ticarət, digər iri satış obyektləri və bazarlarda yanğın zamanı insanların xilas edilməsinə, qorunmasına xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB