"Pambıqçılıq tarixən önəmli və aparıcı sahələrdən biri olub" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycanda pambıqçılıq tarixən önəmli və aparıcı sahələrdən biri olub. Sözsüz ki, bu sahə ən gəlirli sahələrdən biridir. Hələ 1913-cü ildən pambıq əkilməyə başlanılıb. Ondan sonrakı dövrdə isə pambıqçılığın inkişafı ilə əlaqədar müəyyən proqramlar, planlar irəli sürülüb. Artıq Ulu Öndərin dövrdə 1969-cu ildə pambıqçılığın inkişafına başlanıldı və bu sürətli inkişaf 1981-ci ildə 1 milyondan çox məhsulun istehsal olunmasına gətirib çıxardı". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.
Deputatın sözlərinə görə, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə ölkə başçısı xatırlatdı ki, hərc-mərclik dövründə bu sahə tamamilə dağıdıldı və müəyyən pambıqçılığın inkişafı üçün lazım olan məntəqələrdə, zavodlarda və s. çox ciddi səhvlərə yol verildi: "Beləcə pambıqçılığa laqeyd münasibət yarandı. Əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsi üçün yerlərdə mövcud inkişaf və şərait olmalı idi. Ancaq o dövrdə bu inkişaf və şərait olmadı. Çünki iqtisadiyyat inkişaf etdirilməmişdi və kənd təsərrüfatında geriləmələr var idi. Əgər su yox idisə, yol infrastrukturu lazımi qaydada deyildisə pambıqçılığı inkişaf etdirmək mümkün olmazdı. Cənab Prezident müşavirədə bir neçə il öncəki faktlara nəzər saldı ki, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir.
Daha sonra ölkə başçısı bildirdi ki, bu sahəyə diqqət ayrılandan sonra bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Təbii ki, bu indiki dövrdə çox yüksək bir göstəricidir. Ulu Öndərin dövründə 1981-ci ildə 1 milyon ton pambıq istehsal olunmuşdu. Əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar çox ciddi tədbirlər həyata keçirilib və müəyyən gübrələrin istifadəsində güzəştli şərtlər tətbiq olunub. Prezident xatırlatdı ki, əgər əvvəllər bu 100 manat idisə, indi 150 manat əlavə güzəştlər tətbiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB