“Münaqişə yenilənmiş Madrid prinsipləri əsasında həllini tapmalıdır” RƏY-ÖZƏL

“Münaqişə yenilənmiş Madrid prinsipləri əsasında həllini tapmalıdır” RƏY-ÖZƏL

"Rusiyanın tanınmış politoloqlarının və siyasi şərhçilərinin 2020-ci də işğal altında olan 7 rayonun boşaldılacağını söyləmələri, “avazı çox yaxşı gəlir oxuduqları quran olsa” məsəlinə bənzəyir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün nə Rusiyanın siyasi elitasının gündəmin də, xüsusilə də Ermənistanın gündəmin də 5 rayonun boşaldılması məsələsi yoxdur: "Düzdür Rusiya buna təkid edir. Amma rəsmi Moskvanın təkidi səylərinə baxmayaraq, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Bu da Azərbaycanı sərt tədbirlər görməyə məcbur edir. Bu baxımdan demək olar Azərbaycan ordusu gec-tez ərazi bütövlüyünü təmin edəcəkdir. Yəni ermənilərin ağlı başlarına gəlsə bu məsələləri dinc yolla həll etməyə razı olarlar. Rusiyalı politoloqlar və Rusiyadan olan ziyalılar əlbəttə xeyirxah niyyətlə çıxış etmək istəyir, amma bu hələ Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi deyil. Münaqişə yenilənmiş Madrid prinsipləri əsasında həllini tapmalıdır. Yenilənmiş Madrid prinsipləri az çox beynəlxalq hüququn normalarına uyğun gəlir. Azərbaycan SSRİ ittifaqından hansı sərhədlərlə çıxıb həmin sərhədlərlə BMT-yə daxil olubsa, həmin sərhədlərlə də bərpa edilməli və Azərbaycanın sərəncamına qaytarılmalıdır. Bax buna görə də, nə qədər müxtəlif rəylər olsa da bu gün Azərbaycan çalışdığı hədəf ölkəmizin ərazi bütövlüyü məsələsidir və ondan da bir addım olsa da geriyə çəkilmək olmaz".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə