Hakimiyyət "Daşnaktsütun" partiyasını cilovlamaq üçün ciddi addımlar atmaq niyyətindədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, son vaxtlar "Daşnaktsütun" çox fəallaşıb və bu partiyanın təşəbbüsü ilə ciddi daxili siyasi təlatümlərin, Nikol Paşinyan da daxil olmaqla hakimiyyətin kəskin tənqid edilməsinin və müxtəlif təhdidlərin noyabr ayından artıq şahidiyik. Nəşrin bildirdiyinə görə, yaxın gələcəkdə “Daşnaksütun” tərəfindən yeni proseslər və tədbirlər gözlənilir.
Bundan əlavə, mənbələrin məlumatına görə, hakimiyyət orqanı oturub müşahidəçi statusunda bütün bunları izləmək niyyətində deyil. Məlumata görə, səlahiyyətlilər öz maraqlarına xidmət edən "ekspert" dairələr vasitəsi ilə hərəkətləri barədə dəqiq mesajlar göndərirlər. Mənbənin məlumatına əsasən, mövcud hakimiyyət “Daşnaksütun” nümayəndələrini müxtəlif “uydurma” işlərdə dindirməyə çağırış etmək, daha əvvəl rəhbərlik etdikləri şöbələrdə yoxlama aparmaq, nümayəndələrini “işə cəlb etmək” kimi ciddi aldadıcı addımlar atmaq niyyətindədir.
Əldə olunan məlumata görə, hakimiyyət öz qarşısına, “Daşnaksütun” partiyasını siyasi səhnədən qovmaq kimi son məqsəd qoyub. Qəzet yazır ki, mövcud hakimiyyət Levon Ter-Petrosyanın vaxtında olduğu kimi “Daşnaksütun” partiyasının fəaliyyətini dayandırmaq qərarındadır.
Görünür, Paşinyan hakimiyyəti müxalif “Daşnaksütun” partiyasından qorxur və bu səbəbdən də sözügedən partiyanı ümumiyyətlə zərərsizləşdirmək üçün onu siyasi səhnədən silməyi planlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB