“Artıq nazirlə danışacağımız bir şey yoxdur və yalnız onun istefasını tələb edirik.” SIA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Daşnaksütyun" Gənclər Birliyinin nümayəndəsi Arqişti Qevorqyan bildirib.
"Daşnaksütyun" Gənclər Birliyinin nümayəndələri bu gün hökumətə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindəki problemlərdən bəhs edən məktub təqdim ediblər. Onlar öz məktublarında son zamanlar təhsil, elm, mədəniyyət və idman sahəsindəki fəaliyyətlərinin mübahisəli olduğunu, mübahisəli qərarlar verildiyini və sektor siyasətinə cavabdeh olan nazirin lazımi qaydada davranmadığını bildiriblər. Xüsusilə vurğulayıblar ki, nazir vəzifəsini icra edən şəxs etiketləri, təkcə nazir deyil, hər hansı bir savadlı insana layiq olmayan tərzdə pozur. Ən yüksək dövlət səviyyəsində, milli gündəmə məhəl qoyulmur.
“Bu cür davranış şəraitində nazirliklə işləməyin mümkün olmadığını düşünürük və elan etdikləri inqilabi hökumət üzvünün davranışının gözlənilməz nəticələrə səbəb ola biləcəyini xəbərdar edərək hökumətə müraciət edirik. Belə davranışla hökumət üzvü bu komandanın siyasi kapitalını boşa çıxardır və milli problemdən yayınan problemlər yaradır", deyə ünvanlanan məktubda qeyd olunur.
"Daşnaksütyun" Gənclər Birliyinin nümayəndəsi Arqişti Qevorqyan bəyan edib ki, onların yeganə tələbi nazirin istefasıdır.
"Artıq nazirlə danışacağımız bir şey yoxdur. Tələbimiz nazirin istefasıdır, indi bütün məsələləri hökumətlə həll edəcəyik", deyə Arqişti Qevorqyan, hökumətlə müzakirələrə hazır olduqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB