"2020-ci ildə dövlət büdcəsinin gəlirləri proqnozlardan çox olacaqdır" ÖZƏL-MÜNASİBƏT
“Cənab Prezidentin təsdiq etdiyi 2020-ci ilin dövlət büdcəsi bu günün reallıqlarını və gələcəyin çağırışları nəzərə alınaraq hazırlanıb”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, 2020-nin dövlət büdcəsi sosial və investisiya yönümlü olmaqla ölkəmizin inkişaf dinamikasını qoruyub saxlayacaqdır: “Təsdiq olunan dövlət büdcəmiz cari ildə başlanmış islahatların uğurla aparılmasını şərtləndirəcək. 2020-ci il ölkəmizin inkişafı ili olacaqdır və il ərzində dövlət büdcəsinin gəlirləri proqnozlardan çox olacaqdır. Bu ilin 11 ayın büdcə mədaxilinin 900 milyon manatdan çox əlavə gəlirlərin gəlməsi dövlət iqtisadi siyasətin uğurlu olduğunun göstəricisidir. Bu siyasət cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir və uğurlarımız da davamlı olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB