"ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə prezident Donald Trampa qarşı impiçment proseduruna başlamağa qərar verdi. Bu qərar Senatda təsdiq olunmalıdır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Trampın bəxti onda gətirib ki, üzvü olduğu Respublikaçılar Partiyası Senatda çoxluqdadır, əksi olsaydı Ağ Ev sahibinin siyasi taleyi bəri başdan həll olunmuşdu: "Donald Tramp Respublikaçılar Partiyasının fəal üzvü sayılmır, heç vaxt Konqres üzvü olmayıb, partiyanın tədbirlərində iştirak etməyib. O 2016-cı ildə prezident seçkisinə qatılmaq üçün Respublikaçılar Partiyasını seçib.
Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında demokratlara qarşı müqaviməti və prezidenti hücumlardan qorumağa çalışması, o cümlədən Senatdakı səsvermədə Ağ Ev sahibini dəstəkləyəcəyi Donald Trampı partiyasına daha çox bağlayacaq. Donald Tramp partiyasına borclu qalmış olacaq və əgər ikinci dəfə prezident seçilərsə təyinatları partiyasının başında dayanan şəxslərlə razılaşdırmalı olacaq. Demokratlar Partiyasının Trampa qarşı səlib yürüşünə başlaması amerikalıların bir qisminin xoşuna gəlməyib, Ağ Ev sahibinin reytinqi bir az artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB