“Son 16 ildə müstəqil Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb" RƏY-ÖZƏL
"Bu gün Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Respublikamız dünyada inkişaf prioritetlərini və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən nümunəvi dövlət kimi tanınır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Sona Əliyeva deyib.
Son 16 ildə müstəqil Azərbaycanın həyatın bütün sahələrində böyük uğurlara imza atdığını xüsusi vurğulayan deputat söyləyib ki, ölkəmizin bu illər ərzində qazandığı uğurların təməlində bir sıra amilləri sadalamaq mümkündür: " Həyata keçirilən islahatlar Azərbaycanın inkişafında xüsusi önəm daşıyır. Görülən işlər, atılan addımların nəticəsidir ki, respublikamız ayrı-ayrı istiqamətlər üzrə qazandığı inkişaf göstəricilərinə görə, artıq dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çata bilib".
S. Əliyeva vurğulayıb ki, ölkəmizin bütün sahələrini əhatə edən qlobal islahatlar təkcə cəmiyyət tərəfindən mübət qarşılanmır, həm də beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur və onlara çatmaq yolları müəyyənləşdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB