Mətanət Əzizova: “Üzr-zad istəmirəm”
AXCP sədri Əli Kərimlinin siyasi təşkilat rəhbəri olması ilə yanaşı, həm də bloqerlik etməsi faktı dəfələrlə sübuta yetirilib. Onun bu və ya digər şəkildə təlimatları əsasında trol yığnağının olması da kimsəyə sirr deyil. Daha dəqiq desək, cəbhəçi sədr onun siyasətində səhv axtarıb-tapanları daim hədəfə alıb və trollarına söydürüb ki, həmin hal bu gün də davam edir. Ümumiyyətlə, fakt budur ki, əgər hər hansı bir şəxs onun barəsində ifşaedici məsələlər qaldırırsa, həmin şəxs, ya da şəxslər dərhal AXCP sədrinin söyüş hücumlarına məruz qalır. Belə adamlardan biri də Çexiyanın paytaxtı Praqada yaşayan Qadın Krizis Mərkəzinin (QKM) rəhbəri Mətanət Əzizovadır. SİA xəbər verir ki, bu şəxs AXCP sədri Əli Kərimliyə müraciət edib və həmin müraciətini “Facebook” sosial şəbəkəsində ictimailəşdirib. Məsələ isə Mətanət Əzizovanın anası, digər QHT sədri Mirvari Qəhrəmanlının Kərimlinin trolları tərəfindən təhqirlərə məruz qalmasıdır.
M.Əzizova hətta paylaşdığı müraciətdə o, AXCP sədrinə "tulalarını yığışdır" deyə kəskin üsulda tələb də irəli sürüb.
“Deyəsən partiyada işlər pis gedir, yoxsa sizin partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər, təhqir yaymaqla məşğul olmazdılar”
"Əli Kərimliyə müraciətim” başlığı ilə status yazan QKM sədri qarşı tərəfə ironik xitab edib. SİTAT: “Salam Əli bəy, ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm ki, bu belədir. Amma deyəsən partiyada işlər pis gedir, yoxsa sizin partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər, təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə , anama yox, partiya işlərinə başları qarışmalı idi. Və istər-istəməz sual yaranır : Niyə siz öz aktivistlərinizə bir trening və ya maarifləndirmə işləri aparmırsınız, başa salmırsız ki, virtual məkanda özlərini bu cur aparmaq olmaz!”
“Niyə cəbhə deyərkən bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür?”
“Əgər bir insan real həyatda təhqir, şər, böhtanla məşğuldursa adətən qanun qarşısında cavab verir. Virtual həyatda bu vasitələr olmadığı üçün , sizdən xahiş edirəm öz tulalarınızı (üzrlü sayın, onları ayrı cür adlandıra bilmirəm ) yığışdırın”, qeyd edən QKM sədri tələb edib ki, Ə.Kərimlinin trolları həm AXCP-nin adına, həm də sədrin adına ləkə vururlar: “Bir dəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın adına ləkədir, başa salın ki, insan vicdansızlıq etməməlidir, insan yalan danışmamalıdır. QHT-dən əvvəl (1990-cı illərin axırı) mən cəbhənin aktiv fəallarından idim və o zaman cəbhəçilər belə deyildilər. Bir-birimizə hörmət var idi, insanlıq var idi, əsl siyasət var idi. Partiyada təsadüf insanlar yox idi. İndi isə nə oldu? Partiya niyə "kuxna" söhbətlərinin məkanına çevirildi, niyə aktivistlər bazar adamlarına döndü? Niyə cəbhə deyərkən bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür ? Bir az bu haqda zəhmət olmasa düşünün. Bir də xahiş edirəm o tulalara başa salın ki, FB-da partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqında təhqirlərə yol verməsinlər. Ümid edirəm ki, ədalət prinsipləri sizin üçün üstün olub bu məsələni bir dəfəlik həll edəcəksiniz. Üzr-zad istəmirəm, gözlərinə girsin, amma ən azından təhqiredici rəylərini silsinlər”.
Məhz bu mövzudan çıxış edən QKM sədrinin məktubu isə növbəti dəfə sübut edir ki, Ə.Kərimli bilavasitə söyüş qruplarına təlimatlar verərək, qarşısına çıxan hər kəsi söydürür. Söz yox ki, bir gün bu cür “siyasət” elə AXCP sədrinin öz başında çatlayacaq, özü də çox sərt şəkilə...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB