Ermənistan hakimiyyətində gərginlik və narahatlıq

Ermənistan hakimiyyətində gərginlik və narahatlıq

Ermənistan hakimiyyətinin daxilində gərginlik və narahatlıqlar müşahidə edilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, ilin sonuna qədər yeni həbslər və qalmaqallı hekayələr gözlənilir. Nəşrin mənbələrinə görə, bu, hakimiyyət dairələrində müəyyən gərginlik və narahatlıqla əlaqədardır.

Mənbələrin məlumatına görə, bunun səbəbləri var. Reytinqin düşmə faktoru ilə yanaşı, səlahiyyətlilər istədikləri nəticə əldə etmək mümkün olmadığını başa düşməyə başlayıblar.

Digər tərəfdən, Paşinyan hakimiyyəti müxalifət düşərgəsində sabit inkişafın olmasına görə narahatdır. Xüsusilə Vernatun ictimai-siyasi klubunun yaranması, Daşnaksutyun partiyasının fəaliyyəti, Artur Vanesyanın yeni bir qüvvə yaratması, Serj Sarkisyanın “qayıdışı”, digər birliklərin fəaliyyəti Ermənistan hakimiyyəti daxilində narahatçılığın əsas səbəbləridir.

Nəşrin yazdığına görə, Miatsum hərəkatının Robert Köçəryanın sərbəst buraxılması barədə bəyanata 60 mindən çox imza toplaması bəzi hakimiyyət dairələrində təəccüblə qarşılanıb və təxribat qorxusu da hiss olunmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə